Menu

Kemeron Obamanın məqaləsini paylaşdı

23.04.2016, 21:19
Kemeron Obamanın məqaləsini paylaşdı

ABŞ Prezidenti Barak Obamanın Böyük Britaniyanın Avropa Birliyi ilə bağlı verəcəyi qərarla əlaqədar mövqeyi ciddi müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, bu məsələ ilə bağlı referendumun keçirilməsinə iki ay qalmış Londona səfər edən Ağ Ev başçısı Teleqraf qəzetində məqalə dərc edib.

Məqalədə Obama AB və Böyük Britaniya haqda fikirlərini açıqlayıb:“Güclü Avropa Böyük Britaniyanın qlobal liderliyi üçün təhlükə deyil, əksinə, onun dünya arenasında böyük mövqeyini təmin edir”.

Böyük Britaniyanın Baş naziri Devid Kemeron öz Tvitter hesabında sözügedən məqaləni paylaşıb və ABŞ prezidentinin mövqeyini dəstəkləyib:“ABŞ bizim ən yaxın tərəfdaşımızdır. Bu səbəbdən Barak Obamanın Avropa Birliyində nə üçün qalmalı olduğumuzu izah edən yazısı bizim üçün əhəmiyyətlidir”.

Böyük Britaniyanın Avropa Birliyində qalıb-qalmayacağını müəyyən edəcək referendum iyunun 23-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol