Menu

Bin Ladenin 40 illik fotosu yayıldı (FOTO)

20.03.2014, 11:15
Bin Ladenin 40 illik fotosu yayıldı (FOTO)

Şəkildə gənc Üsamə ilə yanaşı Laden ailəsinin 22 nəfərlik nümayəndəsi də nümayiş olunub

Həyat tərzi “Əl Qaidə” terror təşkilatının sabiq lideri Üsamə bin Ladenin 43 il əvvəl çəkilmiş foto şəkli yayılıb.

ANS PRESS-in xəbərinə görə, sosial şəbəkələrdə yayılmış foto şəkil İsveçdə çəkilib.

Bildirilib ki, şəkildə gənc Üsamə ilə yanaşı Laden ailəsinin 22 nəfərlik nümayəndəsi də nümayiş olunub.

Məlumata görə, ailə bu şəkli İsveçdə tətildə olarkən çəkdirib.

Qeyd edək ki, terrorçu lider Üsamə bin Laden 2011-ci il mayın 2-də ABŞ xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla Pakistanda yaşadığı igamətgahda öldürülmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol