Menu

Prezidentin həbsxanadan qaçan dayısı tutuldu

24.04.2016, 20:02
Prezidentin həbsxanadan qaçan dayısı tutuldu

Paraqvayın hüquq-mühafizə orqanları ölkə prezidenti Orasio Kartesin həbsxanadan qaçan dayısını saxlayıblar. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Xuan Dominqo Viveros Kartes onun idarə etdiyi təyyarə Kaazapa şəhərinə təcili eniş edərkən yaxalanıb.

Prezidentin dayısı 2007-ci ildə Braziliyadan vətəninə ekstradasiya ediləndən axtarışda olub. O, narkotik trafiki təşkil etdiyinə görə 17 il azadlıqdan məhrum edilib. Altı il sonra Viveros Kartes Uruqvayda tutularaq qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq 2 il həbsxanada yatıb. Paraqvay prezidentinin dayısı o vaxt 400 kiloqram marixuana yüklənən kiçik həcmli təyyarəni idarə edərkən hava məkanının pozub.

2013-cü ilin oktyabr ayında Mayami polisi Paraqvay prezidentinin oğlunu hıbs edib. 29 yaşlı Xuan Pablo Kartes, siyasətçinin böyük oğlu, bir nəfərə hücum ittihamı ilə saxlanılıb. Orasio Kartes 2013-cü ilin aprel ayında Paraqvayın prezidenti seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol