Menu

"Əminəm ki, Putin bir neçə gündür yatmır"

21.03.2014, 11:32
"Əminəm ki, Putin bir neçə gündür yatmır"

Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko hesab edir ki, Rusiya prezidenti Vladimir Putin üç şeydən qorxur.

Musavat.com-un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, eks-prezident bu sözləri televiziya efirində dilə gətirib.

Yuşşenko Putinin qorxduğu şeyləri aşağıdakı kimi sıralayıb: "Birincisi və ən böyüyü, o öz xalqının rusiyalıların reaksiyasından qorxur. İkincisi dünya ictimaiyyətinin təpkisindən çəkinir".

Rusiya prezidentinin dünya birliyinin reaksiyasından qorxmadığı barədə verdiyi bəyanatlara aid suala cavab olaraq Yuşşenko deyib: "Hələ axşam düşməyib.

"Bu cəfəngiyyatdır. Mən əminəm ki, Putin artıq bir neçə gündür ki, ağzı çətinliklə bağlanan yeşiyi açdığı üzündən yata bilmir. Bütün dünya ona qarşı çıxış edir", -deyə sabiq prezident bildirib.

Yuşşenko deyib ki, Putinin qorxduğu üçüncü şey ən həlledicisidir: "O, ukraynalıların ən böyük siyasi problemlərini, bizim zəif milli birliyimizə, zəif daxili interasiyamıza dair məsələləri həll etməyimizdən qorxur. Bizi tez-tez parçalayblar və Putin bu bölünmənin hər çatından istifadə edir, bu gün o çatların üstündən vurur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol