Menu

"İsraillə danışıqların son mərhələsindəyik"- Türkiyə rəsmisi

25.04.2016, 15:17
"İsraillə danışıqların son mərhələsindəyik"- Türkiyə rəsmisi

"İsraillə bir müddətdir davam edən danışıqların son mərhələsindəyik"."Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbarhim Kalın aprelin 25-də keçirdiyi həftləik brifinqdə bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda daha bir görüşün keçirilməsi planlaşdırılır: "Fələstin torpaqlarında, o cümlədən Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atılacağını gözləyirik".

Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri hücum etmişdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 dinc vətəndaşı öldürülmüşdü. Həmin tarxidən iki ölkə arasındsa münasibətlər pozulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol