Menu

İrəvanda avtobus partladı

25.04.2016, 22:41
İrəvanda avtobus partladı

Bir qədər öncə Ermənistanın paytaxtı İrəvan şəhərində avtobus partlayıb. Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Partlayış barədə ilk məlumat Bakı vaxtı ilə 21:51-də daxil olub. Avtobus İrəvanın Alabyan küçəsində partlayıb.

Hadisə yerinə hərbi dəstələr və aidiyyatı orqanların nümayəndələri cəlb olunub.

Hadisə barədə ətraflı məlumat hələlik verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol