Menu

Rəsmi Moskvanın həyasızlığı sinir tanımır - Ukraynadan 11 milyard dollar istədi

21.03.2014, 17:59
Rəsmi Moskvanın həyasızlığı sinir tanımır - Ukraynadan 11 milyard dollar istədi

Rusiya baş naziri Dmitri Medvedyev diqqət çəkən bəyanatla çıxış edib. “Aktual.az” xəbər verir ki, Federal Şura üzvləri önündə çıxış edən hökumət başçısı Ukraynanın ölkəsinə 11 milyard dollar borcunun olduğunu vurğulayıb.

Qeyd edək ki, Medvedyev bunu Krımın Rusiyanın tərkibinə qatılması ilə izah edib: "Bilirsiniz ki, Krım artıq Rusiyanın bir ərazi vahididir. Odur ki, hərbi dəniz donanmamızın Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutan müqaviləni denonsasiya (ləğv olunmaq) edəcəyik. Nəticədə də rəsmi Kiyevdən icarə üçün verdiyimiz 11 miyard dolların qaytarımasını gündəmə gətirəcəyik”.

Xatırladaq ki, bəhs olunan 11 milyard dollar Qara dənizdə, Sevastopolda rus hərbi dəniz donanmasının mənzillənməsi üçün Rusiyanın Ukraynaya verdiyi icarə puludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol