Menu

Yerevanda Sarkisyanın istefasını tələb edirlər

26.04.2016, 18:12
Yerevanda Sarkisyanın istefasını tələb edirlər

Güzəştə gedən ali baş komandanın istefasını tələb edirik.

Oxu.az 1in.am-a istinadən xəbər verir ki, bu gün Yerevanda bir qrup erməni vətəndaşı belə bir şüarla etiraz aksiyası keçirəcək.

Aksiya iştirakçıları Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra Ermənistan rəhbərliyinin beş işğal olunmuş rayonun qaytarılmasını nəzərdə tutan Kazan danışıqları ətrafında Azərbaycanla danışıqları davam etdirə biləcəyindən narahatdırlar.

“Ayazan” partiyasının üzvü Armen Mkrtçyan hesab edir ki, hakimiyyət hər bir vəchlə güzəştə getmək və danışıqları davam etdirmək niyyətində olmadığını göstərmək istəyir ki, bu da yalandır.

Rusiya səfirliyinin qarşısında aksiyanın təşkilatçısı David Sanasaryan hesab edir ki, erməni ictimaiyyəti yalnız aksiyalar deyil, həm də ciddi predmetli addımlar vasitəsilə həm Madrid prinsipləri, həm də Kazan sənədindən imtina etməlidir.

“Bu, güzəştlər nəzərdə tutan anti-erməni sənədlərdir”, - deyə Sanasaryan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol