Menu

Roma Papası 30 sentyabr-2 oktyabrda Azərbaycan və Gürcüstana səfər edəcək

26.04.2016, 19:39
Roma Papası 30 sentyabr-2 oktyabrda Azərbaycan və Gürcüstana səfər edəcək

Roma Papası 30 sentyabr- 2 oktyabr tarixlərində Azərbaycan və Gürcüstana səfər edəcək.

APA-nın xəbərinə görə, bunu Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete bildirib.

“Mayın ortalarında konkret proqramın müəyyənləşdirilməsi üçün Vatikandan Azərbaycana nümayəndə heyəti gələcək”, - deyə o bildirib.

V. Feketenin sözlərinə görə, nümayəndə heyətinin səfəri zamanı Azərbaycan prezidenti və dini liderlərlə görüşlər planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol