Menu

Rusiyada Krım tatarlarının məclisi qadağan edildi

26.04.2016, 20:04
Rusiyada Krım tatarlarının məclisi qadağan edildi

Qərardan bir ay ərzində şikayət etmək mümkündür.

Krımın Ali məhkəməsi “Krım-tatar xalqının məclisi” İctimai Birliyini ekstremist qrup elan edərək onun Rusiyada fəaliyyətini qadağan edib. Oxu.az xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri məhkəmə zalından bildirib.

Qərardan bir ay müddətində şikayət etmək olar.

Məclisin qadağan edilməsinə dair iddia Krım prokurorluğuna Natalya Poklonskaya tərəfindən verilib.

O bəyan edib ki, təşkilat sırf Rusiya əleyhinə fəaliyyətə köklənib, onun rəhbərləri Refat Çubarov və Mustafa Cəmilev isə “böyük qərb kuklaoynadanların oyuncağıdır, Krım-tatar xalqını isə xırda pul kimi istifadə edirlər”.

Prokurorluğun məlumatına görə, məclisin liderləri türk “Boz qurd” və “Hizb ut-Tahrir əl-İslami” kimi terror təşkilatlarının muzdluları ilə əməkdaşlıq edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol