Menu

Ukrayna gəmiləri mühasirəni yarmaq istəyirlər

21.03.2014, 19:17
Ukrayna gəmiləri mühasirəni yarmaq istəyirlər

Donuzlav gölündə mühasirəyə alınmış ukraynalı dənizçilər açıq dənizə çıxmağa çalışırlar. Bu barədə Ukraynanın "Kiroviqrad" desant gəmisinin motoristi İvan Şepel xəbər verib.

O deyib ki, dəniz mina axtaranları, o cümlədən "Çerkassı" gəmisi batırılmış gəmilərin yerləşdiyi hövzə qapılarına doğru irəliləyib.

Əməliyyatın nəticəsi barədə hələlik xəbər verilmir.

Dənizçi Şepel hakimiyyət orqanları tərəfindən verilən hər hansı bir əmrin olmamasından şikayətlənib: "Biz anlamağa çalışırıq ki, hökumətimiz bizə nə deyəcək, heç olmasa nəsə bir şey".

Qeyd edək ki, rusiyalı hərbçilər buxtadan çıxışı mühasirəyə almaq üçün artıq özlərinin 4 gəmisini batırıblar. Dünən Ukrayna HDQ-nin buxtada olan üç gəmisi Rusiyaya məxsus Andreyev barağı qaldırıblar. Ukraynanın nəzarətində "Olşanski" adlı kiçik desant gəmisi qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol