Menu

ABŞ-ın 5 ştatındakı ilkin seçkidə Tramp qalib gəlib

27.04.2016, 09:24
ABŞ-ın 5 ştatındakı ilkin seçkidə Tramp qalib gəlib

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin ilkin mərhələsi davam edir.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, növbəti praymerizlər ölkənin 5 ştatında keçirilib.

Keçirilən praymerizlərdə respublikaçılardan Donald Trampın 5 ştatın hamısında qələbəsi artıq təsdiqlənib.

Namizədin ötən gün Rod Aylend, Delaver, Konnektikut, Pensilvaniya və Merilend ştatlarında keçirilən praymerizlərdə böyük fərqlə üstünlük qazandığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol