Menu

Məşhur logistika şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb

27.04.2016, 10:20
Məşhur logistika şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb

Danimarkaya məxsus "A.P. Moller-Maersk A/S" gəmiçilik şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub.

Bu barədə "Vergilər" qəzetində yerləşdirilən elanda deyilir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 69 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "A.P. Moller-Maersk A/S" şirkəti dünyanın ən böyük gəmi konteynerinə malik şirkətdir. Şirkət gəmiçilik, logistika, neft-qaz sənayesi üzrə fəaliyyət göstərir. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol