Menu

Bakıda daha bir silahlı insident

27.04.2016, 10:47

Elde tapancha atesh 270612Bakıda silahlı insident olub.

Pirallahı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun S. Bağırov küçəsində qeydə alınıb. Rayon sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Ziyafət Hacıbala oğlu Manafov odlu silahdan həmyerlisi, 1963-cü il təvəllüdlü Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R. Əhmədova dəyməyib. Hadisə yerindən 4 ədəd giliz götürülüb. Z. Manafovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol