Menu

Avropa Birliyi Ukraynaya yardımı 1 milyard avroya çatdırır

21.03.2014, 22:15
Avropa Birliyi Ukraynaya yardımı 1 milyard avroya çatdırır

Avropa Birliyi Ukraynaya yardımı 1 milyard dollar artırır. Musavat.com-un UNN-ə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib. Onun sözlərinə görə, Avropa Birliyinin Ukraynaya makromaliyyə yardımını 610 milyon avrodan 1,61 milyard avroya çatdırmaq barədə qərar qəbul edib.

Baş nazir deyib ki, pul aprelin sonu və ya mayın əvvəlində köçürüləcək. Vəsaitdən Ukraynada iqtisadi vəziyyətin sabitləşməsi üçün istifadə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol