Menu

​Çavuşoğlu Pekində Dağlıq Qarabağdan danışır

28.04.2016, 09:36
​Çavuşoğlu Pekində Dağlıq Qarabağdan danışır

Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli mövqeyindən çıxış edir.

"Report" xəbər verir ki, bunu cümə axşamı Pekində keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirəyə üzv dövlətlərin xarici işlər nazirlərinin V görüşündə çıxış edən Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

"Dağlıq Qarabağ problemi bizim xüsusi diqqətimizi tələb edir. Biz bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini gözləyir və ümid edirik", — deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol