Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta geri çağrılıb. Modern.az xəbər verir ki, müşavir dünən gecə ölkəni tərk edib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən verilən açıqlamanda bildirilib ki, Murad Karaçantanın geri çağrılmasının ciddi səbəbi yoxdur.
“O Səfirliyinin mədəniyyət və tanıtma üzrə 3 aylıq müvəqqəti müşaviri təyin edilmişdi. Onun vaxtını 3 ay da artırdılar. Sonra isə geri çağrıldı və dünən getdi. Onun yerinə isə hələ yeni müşavir təyin edilməyib”, - deyə mətbuat xidmətinin əməkdaşı vurğulayıb.


Şərhlər