Menu

İran şirkətinə Ermənistana elektrik xətti çəkməyə icazə verilib

28.04.2016, 18:01
İran şirkətinə Ermənistana elektrik xətti çəkməyə icazə verilib

İranın "Sunir" şirkətinə İslam Respublikası ilə Errmənistan arasında yüksək gərginlikli elektrik xəttinin çəkilməsinə icazə verilib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, iki ölkə arasında bu layihə ilə bağlı memorandum 2006-cı ildə imzalanıb. Bu xətt İrandan Ermənistanın Megri, daha sonra Razdan rayonuna çəkiləcək. Proqramın davamı olaraq, layihə Gürcüstanda həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol