Menu

Prezident Rusiyadakı baş konsulları geri çağırdı

28.04.2016, 19:03
Prezident Rusiyadakı baş konsulları geri çağırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev E.İ.Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.

Prezidentin digər bir Sərəncamı ilə, Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol