Menu

"Gələn ayın ortasında həmsədrlərlə görüş nəzərdə tutulur" - Məmmədyarov

29.04.2016, 13:42
"Gələn ayın ortasında həmsədrlərlə görüş nəzərdə tutulur" - Məmmədyarov

"Həmsədrlərlə təmasdayıq". APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, həmsədrlərlə görüş gələn ayın ortasında Avropanın şəhərlərindən birində keçiriləcək tədbir çərçivəsində baş tuta bilər.

"Görüş keçirilməsinə mən də razılıq vermişəm. Çox güman ki, Brüsseldə olacaq. Yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik", - deyə nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol