Menu

“DQR” bayrağı “Eurovision-2016”nın qara siyahısına düşdü

29.04.2016, 16:51
“DQR” bayrağı “Eurovision-2016”nın qara siyahısına düşdü

Avropa Yayım Birliyi Stokholmda keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsi zamanı bayraqlardan istifadəni tənzimləyən sənəd yayıb.

"Report" AYB-nin sənədinə istinadən xəbər verir ki, sənəddə regional inzibati-ərazi vahidlərinin, tanınmamış respublikaların, kommersiya şirkətlərinin bayraqlarının, eləcə də təhqiredici ifadələr olan bannerlərin gətirilməsinə qadağa qoyulduğu öz əksini tapır.

Başqa sözlə, qadağan edilmiş bayraqlar sırasına Dağlıq Qarabağ, Kosovo, Dnestryanıda olan separatçı rejimlərin, qondarma Donetsk Xalq Respublikasının, Basklar ölkəsinin, eləcə də "İslam dövləti"nin (İŞİD) "bayrağı" daxil edilib.

Sənədə əsasən, müsabiqəyə iştirakçı ölkələrin və ya daha əvvəl iştirak etmiş dövlətlərin müəyyən edilmiş ölçüdə olan bayraqları buraxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol