Menu

Borca görə özünü asdı

29.04.2016, 17:55

asaraq intihar-31.10.09Şirvan şəhərində intihar hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin bağ evləri massivində qeydə alınıb.

Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Əhmədov Anar Rəfa oğlu özünü paltar ipi asılan dəmir dirəkdən asaraq intihar edib. Yaxınlarının bildirdiyinə görə Anarın borcu olub.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol