Menu

Rusiya hökuməti ölkədə istehlak böhranının yaşandığını etiraf etdi!

29.04.2016, 21:57
Rusiya hökuməti ölkədə istehlak böhranının yaşandığını etiraf etdi!

AzPolitika.info Rusiya mənbələrinə istinadla xəbər verir ki, Rusiya hökuməti ölkədə istehlak böhranının yaşandığını və getdikcə dərinləşdiyini etiraf etməli olub. Məlumata görə, Rusiya Federasiyası Baş nazirinin müavini Olqa Qolodets bəyan edib ki, ölkə daxilində yüngül sənaye məhsullarının ayrı-ayrı çeşidləri üzrə istehlak həcmi 20,0 faiz azalıb, ərzaq məhsulları isə ön mövqeyə çıxıb. Bu da ölkədə istehlak böhranının yaşandığının göstəricisidir (İnterfaks).

«Bu gün bizdə yüngül sənayenin ayrı-ayrı məhsulları üzrə istehlak 20,0 faizdən çox azalıb. Bizdə pərakəndə ticarət enib və istehlak strukturu dəyişib - ərzaq məhsulları ön mövqeyə çıxıb. Biz fevralda ərzaq məhsulları üzrə 51,0 faiz istehlaka çıxmışıq - çoxdandır ki, belə göstərici olmamışdı. Bu da istehlak böhranından xəbər verir» - deyə, Olqa Qolodets cümə günü Rusiya üçtərəfli komissiyasının iclasında bəyan tedib.

Hökumət rəsmisinin sözlərinə görə, bu, iqtisadiyyatın inkişafını ləngidən çox əhəmiyyətli amildir. Qolodets onu da qeyd edib ki, ölkəsində hələ də əməyin lazımınca qiymətləndirilməməsi təcrübəsi hökm sürür.

«Bizim əməyimiz lazımınca qiymətləndirilmir. Məhz buna görə də minimum əmək haqqının 7,5 min rubla qaldırılması barədə qərar qəbul olunub. Ümumi orta təhsil almış insan 7,5 min rubl əmək haqqı alır. Belə əmək harada var? Bizdə belə insanların sayı 2 milyondur. Həmkarlarım, əyri-üyrü işlərimiz var, onların üzərində işləmək lazımdır. Bu əyriləri düzəltmədən, biz irəli gedə bilmərik» - deyə, Qolodets əlavə edib.

Qeyd edək ki, aprelin 19-da Baş nazir Dmitri Medvedyev ölkədə minimal əmək haqqı məbləğinin 7,5 min rubla qaldırılacağını bəyan etmişdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol