Menu

Çin ABŞ gəmilərini Honkonq limanına buraxmır

29.04.2016, 23:01
Çin ABŞ gəmilərini Honkonq limanına buraxmır

Xarici KİV-in məlumatına görə, Çin hökuməti başda USS John C.Stennis aviadaşıyıcısı olmaqla, ABŞ hərbi-dəniz qüvvələrinə məxsus gəmilər qrupunun Honkonq limanına daxil olmasına icazə verməkdən imtina edib. Bu barədə məlumatı ABŞ Dövlət Departamenti nümayəndəsinə istinadla, «TASS» agentliyi yayıb.

«Bu yaxınlarda məlumat aldıq ki, ABŞ gəmilər qrupunun (aviadaşıyıcı və müşayiətçi gəmilər qrupu) Honkonq limanına daxil olması barədəki sorğu dayandırılıb...» - deyə, mənbə agentliyin əməkdaşına bildirib.

Departament rəsmisi həm də qeyd edib ki, bundan əvvəl ABŞ gəmiləri uzun müddət ərzində Honkonqda lövbər salardılar. ABŞ tərəfi hesab edir ki, belə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol