Menu

​İranda seçkilər: Ruhaninin tərəfdarları qalib oldu

30.04.2016, 09:12
​İranda seçkilər: Ruhaninin tərəfdarları qalib oldu

İran Prezidenti Həsən Ruhaninin siyasi tərəfdarları parlament seçkilərinin ikinci turunda qalib gəliblər. "Report"un məlumatına görə, bu haqda "Franss Press" agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, prezidentin tərəfdarları birinci turun nəticələrinə görə, parlamentdə 33 yerdən 40-dək yer qazana bilərlər. Nəticələrə əsasən konservatorların parlamentdə 21 yeri qazanacaqları ehtimal olunur.

Xatırladaq ki, İranda parlament seçkilərinin birinci turu fevralın 26-da keçirilib. İslam Şurası Məclisdəki 290 yerə 221 deputat seçə bilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol