Menu

Türkiyədə separatçı jurnalist öldürüldü

30.04.2016, 10:09
Türkiyədə separatçı jurnalist öldürüldü

Hadisə təhlükəsizlik qüvvələri ilə separatçı jurnalist arasında meydana gələn insident zamanı baş verib.

Türkiyədə separatçı “Kürd Fəhlə Partiyası”nın (PKK) üzvü olan jurnalist öldürülüb. Anspress-in məlumatına görə, hadisə Türkiyənin Suriya ilə sərhədindəki Mardin vilayətinin Nusaybin rayonunda baş verib.

Hadisə Türkiyə təhlükəsizlik qüvvələri ilə separatçı jurnalist arasında meydana gələn insident zamanı baş verib. Jurnalist İ.T.nin “Dəclə Xəbər Agentliyi”nin (DİHA) Batman vilayəti üzrə müxbiri olduğu bildirilir.

Komendant saatını pozaraq küçəyə çıxan jurnalistin polisə atəş açdığı, qarşı atəşlə öldürüldüyü qeyd edilib.

Batman vilayətinin şəhər mərkəzindəki Yavuzsəlim məhəlləsində yaşayan terrorçu jurnalistin həm də separatçı PKK-nın mətbuorqanı olan “Özgür Gündem” qəzetinin də paylayıcısı olduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol