Menu

CƏBHƏDƏ SON VƏZİYYƏT - Qarabağda daha 2 erməni hərbçisi məhv edildi

30.04.2016, 10:25
CƏBHƏDƏ SON VƏZİYYƏT - Qarabağda daha 2 erməni hərbçisi məhv edildi

Erməni tərəfi cəbhədə növbəti itkilərə məruz qaldığını açıqlayıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, aprelin 30-na keçən gecə işğal altındakı Dağlıq Qarabağın şimalında, Talış kəndi istiqamətində 2 hərbçi ölüb.

Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən erməni tərəfinin təmas xəttində atəşkəsi pozması ilə əlaqədar düşmənin səngərlərinə və atəş nöqtələrinə cavab zərbələri endirilir.

Qeyd edək ki, bu gecə cəbhə xəttində nisbi sakitlik olub. Bu barədə ANS PRESS-ə cəbhə bölgəsində olan  müxbirləri məlumat verib.ANS TV-nin bölgə müxbiri Ramil İbrahimovun  Tərtər rayonundan verdiyi məlumatda bildirildi ki, avtomat və pulemyotlardan atəş açılsa da ağır artilleriya silahlarından istifadə edilməyib. Atışmalar qısamüddətli olub.ANS TV-nin cəbhə xəttinə ezam olunmuş müxbiri Rita Ömərovanın  verdiyi məlumata görə,  Ağdam rayonunda gecə boyu cəbhə xəttində ciddi insident qeydə alınmayıb. Amma 2 gün əvvəl erməni tərəfinin açdığı atəş nəticəsində yaralanan 2 nəfərin vəziyyəti ağırdır.

Erməni silahlı qüvvələri bir neçə gün ərzində ağır artilleriyadan istifadə edərək mülki əhalinin yaşadığı əraziləri atəşə tutub. Nəticədə 2 nəfər dünyasını dəyişib, 8 nəfər isə yaralanıb. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunurlar.

Cəbhə xəttində yaralanan mülki şəxs

Cəbhə xəttində yaralanan mülki şəxs

Ağdam rayonu Çəmənli kəndi ərazisində 5 evə ziyan dəyib, 1-i tamamilə dağılıb, 1 avtomobil yararsız hala düşüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5-i tamamilə dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 mağaza və 2 ev tamamilə dağılıb, 1 ev mərminin düşməsi nəticəsində yanıb.

Bundan başqa, müxtəlif kəndlərdə ümumilikdə 13 baş iribuynuzlu heyvan tələf olub, 19 baş heyvan isə yaralanıb. Tərtər rayonunda 50 ev, 2 məktəb, 2 bağça, 1 yarımstansiyanın dağıldığı bildirilir.

Ermənilərin Ağdamda dağıtdığı ev (28.04.2016)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol