Menu

Nemtsovun ölüm işinin istintaqını aparmış müstəntiq yüksək vəzifə aldı

01.05.2016, 13:57
Nemtsovun ölüm işinin istintaqını aparmış müstəntiq yüksək vəzifə aldı

AzPolitika.info Rusiya mənbələrinə istinadla xəbər verir ki, müxalif siyasətçi Boris Nemtsovun ölüm işinin istintaqını aparmış müstəntiq İqor Krasnov Rusiya İstintaq Komitəsi (RİK) sədrinin müavini postuna təyinat alıb. Bu barədə əmri prezident Vladimir Putin imzalayıb.

Bu ərəfədə dərc olunmuş prezident fərmanı bir sıra yüksək çinli güc strukturu məmurunu vəzifəsiz qoyub. Onların arasında RİK sədrinin 2 müavini, Federal cəzaçəkmə xidməti (FCÇX) Moskva idarəsinin rəisi və Krım Respublikası daxili işlər nazirinin müavini də var. Bölgələrdə isə RİK yerli idarələrinə yeni rəislər təyin olunub (Kurqan və Samara vilayətləri, Sakt-Peterburq şəhəri və Altay respublikası).

Yüksək vəzifəyə təyinat almış şəxslər arasında ədliyyə general-mayoru İqor Krasnovun adı xüsusilə seçilir. O, bir sıra səs-küylü cinayət işini açmış hesab olunur. Onların sırasında vəkil Stanislav Markelovun, jurnalist Anastasiya Baburovanın ölüm işləri, Anatoli Çubaysa baş tutmayan sui-qəsdin istintaq işləri də var.

Hazırda RİK sədrinin müavini postunada əyləşmiş Krasnov bir müddət əvvəl qətlə yetirilmiş müxalif siyasətçi Boris Nemtsovun qətl işinin istintaqını da aparıb. Bir il bundan əvvəl isə həmin iş başqa müstəntiqə verilib. Elə həmin vaxt xəbər yayılmışdı ki, Krasnov RİK-də yeni yaradılmış struktura rəhbər gətirilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol