Menu

Rusiya Yerevanı Dağlıq Qarabağla şantaj edib- Aİ komissarından Moskvaya ittiham

23.03.2014, 13:35
Rusiya Yerevanı Dağlıq Qarabağla şantaj edib- Aİ komissarından Moskvaya ittiham

Avropa İttifaqının ticarət məsələləri üzrə komissarı Karel De Gucht Rusiyanı Ümumdünya ticarət təşkilatı qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Karel De Gucht Brüsseldə Marşal Fondunun forumunda çıxış edib. Bildirib ki, Rusiya heç də “nəhəng iqtisadiyyat” hesab olunmur. Komissar Cənubi Osetiyanı “qara dəlik” adlandırıb və Rusiyanı Gürcüstandakı qeyri-sabitləşmədə ittiham edib.

Karel De Gucht onu da qeyd edib ki, Rusiya ötən il Ermənistanla Avropa İttifaqı arasında ticarət razılaşmasının imzalanmasına da əngəl olub, Yerevanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskvanın dəstəyindən məhrum edəcəyi ilə hədələyib.(Azadlıq radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol