Xarici KİV-in məlumatına görə, bu gün NATO 6 min hərbçinin iştirakı ilə Estoniya ərazisində genişmiqyaslı «Spring storm» hərbi təlimlərinə başlayır. Estoniya müdafiə qüvvələri baş qərargahından verilən məlumata görə, təlimlər mayın 19-na qədər davam edəcək (TASS).
Baş qərargahın məlumatına görə, təlimlərin gedişində alyans üzvü olan 10 ölkənin, o cümlədən, Niderlandın, ABŞ-ın, Böyük Britaniyanın və Almaniyanın hərbi kontingenti hərəkətə gətiriləcək. Təlimlər Estoniyanın Rusiya ilə sərhəd bölgələri olan Pılvamaa, Tartumaa və Vırumaa əyalətlərində keçəcək. Hərbi hissələrin hərəkəti Tapa (Lyazne-Virumaa əyaləti) şəhərindən başlayacaq və mayın 19-da Ridala aerodromunda sona çatacaq.
Təlimlər zamanı Polşanın Su-22, ABŞ-ın F-16 qırıcıları, SN-47 hərbi nəqliyyat təyyarələri və Vull-22 konvertoplanları hərəkətə gətiriləcək.
Təlimlərin «əfsanə»si barədə məlumat verilmir.
AzPolitika.info


Şərhlər