Menu

Ermənistanın ilk prezidenti 9 il sonra Azərbaycana gəlir

02.05.2016, 12:56
Ermənistanın ilk prezidenti 9 il sonra Azərbaycana gəlir

Ermənistanın ilk prezidenti (1991-1998), Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə yollanıb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər zamanı Petrosyan Qarabağdakı separatçı rejimin “lideri” Bako Saakyanla görüşəcək.

Levon Ter-Petrosyan sonuncu dəfə 2007-ci ildə Dağlıq Qarabağa gəlmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol