Menu

Saakaşvili Gürcüstan prokurorluğuna ifadə verməkdən imtina edib

23.03.2014, 13:55
Saakaşvili Gürcüstan prokurorluğuna ifadə verməkdən imtina edib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə prokurorluğuna ifadə verməkdən imtina edib. Keçmiş prezident martın 27-dəbir neçə cinayət işi üzrə ifadə vermək üçün prokurorluğa çağrılıb. Saakaşvili imtinasını “mübarizəsini müstəqil insan kimi davam etdirmək” istəyi ilə izah edib.

Bundan öncə aparıcı “Gürcü arzusu” koalisiyasının rəhbərliyi Saakashvili-nin bir neçə cinayət işi ilə bağlı məsuliyyətə cəlb ediləcəyini istisna etmirdilər.

Hazırda Saakaşvili ABŞ-da yaşayır. Hazırda Gürcüstanda keçmiş prezidentin adı vəzifə səlahiyyətlərini aşmaq və dövlət vəsaitlərini mənimsəməklə bağlı bir neçə cinayət işində hallanır.

Saakaşvilinin bundan öncə rəhbərlik etdiyi “Vahid milli hərəkat” partiyasından olan tərəfdarları ona ölkəyə heç bir halda geri qayıtmamağı tövsiyyə ediblər. Onlar hazırki hakimiyyəti Rusiya rəhbərliyinin göstərişi ilə Ukrayna hadisələrində fəallıq göstərdiyinə görə Saakashvili-dən qisas almaq niyyətində ittiham edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol