Menu

Ukraynanın bütün gəmiləri Rusiyaya tabe etdirilib

23.03.2014, 16:32
Ukraynanın bütün gəmiləri Rusiyaya tabe etdirilib

Sevastopoldakı Ukraynaya aid bütün hərbi gəmilər Rusiyanın tərkibinə keçib. "Axar.az" xəbər verir ki, bu barədə Sevastopol özünümüdafiə dəstələri məlumat yayıblar.

Məlumatda bütün hərbi gəmilərin artıq Rusiyaya məxsus olduğu bildirilib.

Gəmilərdə Rusiya və Andreyevsk bayrağının ucaldıldığı deyilib. Hücum zamanı heç bir əsgərin öldürülmədiyi söylənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol