Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərində baş konsulu təyin olunub.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycanın baş konsulu təyin edilib.

Şərhlər