Menu

Rusiya Ukraynanın dəniz piyadaları taborunu ələ keçirdi

24.03.2014, 11:37
Rusiya Ukraynanın dəniz piyadaları taborunu ələ keçirdi

Rusiya hərbçiləri Feodosiyada dəniz piyadalarının taboruna hücum ediblər. ANS PRESS-in məlumatına görə, səhər saat 04:30-da taborun yerləşdiyi rayondan atəş səsləri eşidilib, hərbi hissənin üzərində isə helikopterlər uçub. Saat 05:00-da isə hucum başlayıb.

Ukrayna Müdafiə Nazirliyinin Krım media mərkəzinin rəhbəri Vladislav Selezenyov bu barədə Facebook səhifəsində yazıb. "Mənbələr Mi-24 və Mİ-8 helikopterləri və BTR-ləril iş apardığını təsdiqləyiblər".

O, hərbi hissənin mühasirəyə alındığını, oraya gedən yolun isə BTR və əsgərər tərəfindən nəzarətə götürüldüyünü qeyd edib. Bundan əlavə kazarma binasında güclü tüstü müşahidə olunur.

"Hərbi hissənin ərazisindən 3 "Ural" markalı avtomobil çıxdı. Onlarda ukraynalı dənizçilər olub. Onların əlləri bağlı idi".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol