Menu

Azərbaycanda müəllimlər üçün diferansial əməkhaqqı sisteminə keçiləcək

05.05.2016, 12:45

trend_mikayil_cabbarov_120215_main“Müəllimlərin diaqnostik qiymətləndirilməsi ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq əməkhaqqı islahatının ikinci mərhələsinə - diferansial, yəni peşəkarlıq səviyyəsindən və əməyin nəticələrindən asılı olan əməkhaqqı sisteminə keçməyi planlaşdırırıq”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. O bildirib ki, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub. Nazir qeyd edib ki, 2014-cü ildə Bakı şəhərində 30 min, 2015-ci ildə ölkənin 3 şəhər və 9 rayonunda 26 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb: “Beləliklə, ölkə üzrə müəllimlərin 40%-nin dərs yükü 1,5 dəfə, vəzifə maaşı isə 2 dəfə artıb. Nəticədə müəllimlərin ortaq aylıq əməkhaqqı ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb”.

M. Cabbarov əlavə edib ki, ölkədə müəllim-şagird nisbətində əsaslı irəliləyişlərə nail olunub. Onun sözlərinə görə, bu göstərici 2012-2013-cü tədris ili müqayisədə 2015-2016-cı ildə 1:10-dan, 1:12 nisbətinə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol