Menu

Kiyevin islahat proqramını yoxlayacaqlar

05.05.2016, 13:20
Kiyevin islahat proqramını yoxlayacaqlar

Beynəlxalq Valyuta Fondu bildirir ki, mayın 10-dan 18-dək Ukraynaya missiya göndərəcək, yeni hökumətin islahat proqramı nəzərdən keçiriləcək. Fond bunu yoxlayandan sonra 17.5 milyard dollarlıq kreditin verilməsinə başlayıb-başlamamaq qərarını verəcək.

Baş nazir Volodymyr Hrosyman aprelin 14-də işə başlamamışdan öncə BVF rəhbəri Christine Lagarde xəbərdarlıq etmişdi ki, Kiyev idarəçilik və korrupsiya ilə mübarizəni təkmilləşdirməyincə kredit proqramı ertələnəcək.

BVF-nin kredit proqramları hissə-hissə həyata keçirilir, iqtisadi və siyasi islahatlardan asılıdır.

Yardımın üçüncü tranşı oktyabrdan bəri saxlanıb. Səbəb bu vəsaitin korrupsioner məmurlar tərəfindən oğurlana bilməsi sarıdan narahatlıqdır.  /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol