ABŞ və Avropa Birliyi Krımdakı hərəkətlərinə görə Rusiyaya qarşı tədbirlər görülməsində birdirlər.
Bunu ABŞ prezidenti Barak Obama Amsterdamda Hollandiyanın baş naziri Mark Rutte ilə görüşdənb sonra bəyan edib. O həmçinin ABŞ və Avropanın Ukrayna hökuməti və xalqını müdafiə etməkdə bir olduqlarını qeyd edib.
Barak Obama Haaqada Çin prezidenti Si Cinpinlə (Xi Jinping) görüşəcək və Nüvə təhlükəsizliyi sammitində iştirak edəcək.
O həmçinin sənayecə inkişaf eləmiş böyük 7-lər ölkələrinin sammitinə qatılacaq.
Sammitdə əsasən Rusiyanın Krımı zəbt etməsinə qarşı tədbirlər müzakirə olunacaq.


Şərhlər