Menu

İŞİD Liviyada bir neçə rayonu ələ keçirdi

06.05.2016, 00:35
İŞİD Liviyada bir neçə rayonu ələ keçirdi

İŞİD terror qruplaşması Liviyanın şərqində bir neçə rayonu ələ keçirib.Al-Wasat nəşri xəbər verir ki, terrorçular Əbu-Qreyn şəhəri və bir sıra xırda yaşayış məntəqələrini tutublar.

Nəşrin məlumatına görə, hücumdan əvvəl terrorçu-kamikadzelər partlayıcı maddələrlə yüklənmiş avtomobillərdə döyüş postlarını partladıblar. Zəbt edilən ərazilərdə yaraqlılar öz postlarını qurublar.

Hücumdan sonra şəhərdə üçü polis, dördü isə hərbi qulluqçu olmaqla, 7 nəfər edam edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol