Menu

“Ərimi tutub barmaqlarını sındırıblar” - Lotu Qulinin bacısı

06.05.2016, 14:24

LotuAprelin 30-da Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Vidadi Huseynovu saxlayıblar. Saxlanılarkən onun üzərindən 12,36 qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin həyat yoldaşı Leyla Hüseynova virtualaz.org saytına açıqlamasında ərinin günahsız olduğunu, onun həbsinin əsl səbəbinin qardaşı Nadir Səlifova (Lotu Quliyə) qarşı ifadə almaq istəmələri ilə bağlı olduğunu iddia edir.

“Həyat yoldaşım aprelin 30-da polislər tərəfindən saxlanılması barədə mənə mesaj yazdı, sonra əlaqə kəsildi. Bundan sonra Vidadidən xəbər tuta bilmədim. Axşamtərəfi ərimin iş yoldaşları onu Sabunçu Rayon Polis İdarəsində tapıblar. Polislər deyiblər ki, guya saxlanılarkən Vidadinin üstündən heroin tapıblar. Bu cəfəngiyyatdır. Mənim yoldaşım çox inanclı adamdır, nümunəvi ailə başçısıdır”, – deyə Leyla Hüseynova bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol