Sağ ol baba

Nurəddin İSMAYIL

1983–cü ildə tələbə ikən mərhum şairimiz Söhrab Tahirin “Sağ ol baba sağ olsun” lirik poemasından təsirlənib yazdığım bu şeir parçasını oxucularla bölüşməyi özümə şərəf bildim. Allah qəlbi vətən həsrəti ilə çırpınan, o tay, bu tay paralanmış Azərbaycanımızın bütövlük amalı ilə daim çarpışan gözəl şairimiz S.Tahirə rəhmət eləsin, qəbri nurla dolsun. Övladları, layiqli davamçıları Tahir bəyə və Nəsibə xanıma dərin hüznlə baş sağlığı verir, uca Tanrıdan səbr diləyirəm.

Sağ ol baba

Sağ ol baba gəldim səni yoxladım,

Çörək kəsib hörmətini saxladım,

Sağ ol sözün çiçək kimi qoxladım,

Sağ ol olsun süfrələrin sövqatı,

Sağollarla canlandıraq həyat.

Əvəzsizdir hər sağolun qiyməti,

Sağ ol silər çəkdiyin hər zəhməti,

Itirməyək ata-baba adəti,

Babalardan qalan sağ ol sağ olsun,

Sağ ol sözün itirməyən car olsun.

Dünya qədər sağolluğa bürünək,

Sağ ol sözün paltar edib geyinək,

Sağollarla biz həmişə öyünək,

Sağ ol olsun hər bir kəsin sərvəti,

Sağ ol olsun süfrələrin neməti.

Hikmətlidir hər sağolun dəyəri,

Sağ ol silmiş ürəklərdən kədəri,

Insanların təmənnası , nəməri,

Dünya boyda boğça olsun pay olsun,

İnanmıram bir sağola tay olsun.

Müdrikliyin zirvəsinə çatmısan,

El obanın sağ ol sözün dadmısan,

Sağ ol deyib sən xalqına çatmısan,

Xalqı üçün yananları var olsun,

Sağol baba dünyalarla sağ olsun.

Qıs-gəlinə Sağol adın vermisən,

Sağ ol üçün eldən elə gəzmisən,

Sağ ol deyib sən sağola dönmüsən,

Sağol baba, sağlıqla qal, sağ yaşa,

Sağollarla ömrü vurdun sən başa.

Sağ ol sözün qiblə üçün seçmisən,

Bir sağola xan Arazı keçmisən,

Sağ ol üçün qəm badəsin içmisən,

Sağ ol deyib qardaşlara çataydın,

Ayrılığın sən daşını ataydın.

10 noyabr 1983

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar