Menu

Rusiyanın yeni raket komleksinin unikal xüsusiyyətləri

06.05.2016, 16:52
Rusiyanın yeni raket komleksinin unikal xüsusiyyətləri

Rusiya, özünün elitar hava-desant qoşunları üçün “BMD-4M” desant döyüş maşınlarının bazası əsasında yeni mobil zenit-raket sistemləri hazırlayır. Bu sitemlər paraşütlər vasitəsilə təyyarələrdən atılacaq desant və döyüşçüləri düşmənin orta və yüksək hündürlükdəki uçan aparatlarından qoruyacaq.

“TASS” informasiya agentliyinə məlumat verən Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib: ”BMD-4M desant döyüş maşınının bazası əsasında aviadesant zenit-raket komleksinin yaradılması üzərində iş gedir. Eksperimental konstruktor hazırlıq işi “Quşovlayan” kod adı alıb”.

Yaradılan yeni sistem haqqındakı xəbərdə ətraflı və detallı məlumatlar yoxdur. Lakin əgər nəzərə alsaq ki, ”Quşovlayan” üçün baza rolunu yüngül zireh qatlı “BMD-4M” maşını oynayırsa, deməli bu kompleks zenit-raket top kompleksi olan “Pançır-C2”-yə uyğun gələcək.

“Pançir-C2”-nin uçuş məsafəsinin uzunluğu 30 kilometrdir və bu silah 11 min metr yüksəklikdəki hava həfələrinə qarşı mübarizə apara bilər. Daha könə kompleks olan “Pançir-C1” eyni anda iki hədəfi vurmaq və bir dəqəqədən az vaxtda isə 12 hədəfə hücum etmək özəlliyinə sahibdir. Ona görə də, məntiqlə belə bir nəticə çıxarmaq olar ki, ”Quşovlayan”-nın xarakterik özəllikləri yüksək olacaq.

Döyüş cərgəsinə qəbul edilmiş “ZRK Quşovlayan” Rusiya hava-desant qoşunlarının döyüş qabiliyyətini ciddi şəkildə artıracaq. Bu texnika yüngül, lakin tamamilə mexanikləşdirilmiş qoşunlara və o cümlədən də Rusiyanın digər mexanikləşdirilmiş hərbi qüvvələrinə yeni imkanlar açaraq, onları Hərbi Hava Hücumundan müdafiə ilə təmin edəcək. Rusiya moto-atıcı qoşunları, əsas etibarı ilə ”Buk-M3” kimi mobil zenit-raket komlekslərinin müşayiəti altında fəliyyət göstərir.

Hal-hazırda ABŞ-ın müvafiq hərbi hissələrindən – məsələn, 82-ci hərbi-desant diviziyasından fərqli olaraq, Rusiya hərbi–desant qoşunları tamamilə mexanikləşdirilib və onlar paraşüt vasitəsilə “BMD-4” seriyasından olan yüngül zirehli maşınlarla birlikdə desant atıla bilərlər.

Bu desant döyüş maşınlarının həm aşağı təzyiqli barıt qazı olan 100 millimetrlik topu və həm də 30 millimetrlik toplu “BMD-4M” adlanan varinatları var. Bundan başqa, həmin zirehli maşınların “BMD-4K” komandir maşını və “T-90 C” tankında quraşdırılmış 125 millimetrlik top kimi, topa malik olan tank əleyhinə variantları da mövcuddur. Rusiya hərbi desant qoşunlarının döyüş cərgəsində həmçinin müxtəlif sistemli özüyeriyən artilleriya qurğuları da yer alır.

Amma bunun əksinə olaraq, 1990-cı illərin ortasında döyüş cərgəsindən “M551A1 Şeridan” tankı çıxarıldıqdan indiyədək, ABŞ-ın quru qoşunlarında aviadesant tankı yoxdur. Köhnəlmiş və döyüş cərgəsindən çıxarılmış yüngül “Şeridan” tankıının yerinə isə yenisi gətirilməyib. Ona görə ki, ”Şeridan”ı əvəzləyəcək zirehli “XM8” artilleriya qurğusunun yaradılması layihəsi 1997-ci ildə ortadan qaldırıldı.

Son illər ABŞ, ”Mobil Protected Firepower” proqramı çərçivəsində hərbi desant qoşunları üçün zirehli vasitələrin bərpa olunmasına müəyyən maraq nümayiş etdirir. Pentaqon yeni maşınların yaradılması üçün, özünün 2017-ci il maliyyə tələbatnaməsində sifariş versə də, ancaq hələki bu proqramın gələcəyi qeyri-müəyyəndir.

(The National Interest-ABŞ)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol