Menu

Azərbaycan klubu meydana çıxmaqdan imtina etdi

06.05.2016, 17:28

futbolFutbol üzrə Azərbaycanın I Divizionunun XXV turunun “Şahdağ” – “Şərurspor” oyunu baş tutmayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, buna səbəb Qusarın klubunun meydana çıxmaqdan imtina etməsidi.

Belə ki, saat 16:00-da başlaması nəzərdə tutulan qarşılaşmanın start fiti səslənməyib. Futbolçular əmək haqlarının ödənilməməsinə etiraz edərək, oynamaq istəməyiblər.

Qeyd edək ki, bu matç qusarlılar üçün mövsümün son ev oyunu idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol