İnternetdə Ukraynanın keçmiş baş naziri ilə Ukraynanın keçmiş Milli Təhlükəsizlik və müdafiə üzrə şurasının katib müavini, Regionlar Partiyasın Nester Şufriç arasında baş tutmuş telefon danışığı yayılıb. Telefon danışığı 2014-cü il martın 18-də baş tutub.
Telefon danışığı zamanı Timaşenko Ukraynanın Krımı itirməsindən şikayətlənir. Danışıq zamanı eks baş nazirin sözlərinə görə, özü əlinə silah alıb vuruşmağa hazır olduğunu və dünyanı ayağa qaldırmağa hazır olduğunu deyib. Audioyazıda Timoşenkonun əsəbilikdən irəli gələrək işlətdiyi sözlər nəzərdən qaçmayıb.
Şufriç isə öz növbəsində Ukraynada qalan 8 milyon rusu “yaramaz” adlandırıb və onları atom silahı ilə güllələməyi təklif edib. Şufriç öz növbəsində bildirib ki, o, hadisənin şokundan hələ də çıxmayıb və əgər Rusiya ilə hərbi münaqişə yaşansa noğlu ilə birlikdə əlində silahla Krımı müdafiə etməyə gedəcək.
“Youtube” portalında audioyazının altında yazılan şərhlərin birində bildirilib ki, audioyazının Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən montaj olunduğunu deyib. Amma, iki keçmiş Ukrayna siyasətçisi arasında telefon danışığının baş tutması hələ inkar edilməyib. Ancaq daha sonra Timoşenko “Tvitter” sosial şəbəkəsində audioyazının orijinallığını təsdiqləyib. Ancaq, ruslar haqqında deyilənlərin montaj olduğunu bildirib.
"Danışıq olub, amma, 8 milyon rus haqqında deyilənlər montajdır. Mən, "Ukraynadakı ruslar-ukraynalıdır. Salam FTX :) Senzuradan kənar sözlərimə görə üzr istəyirəm",-deyə Yuliya Timoşenko dünən sosial şəbəkədəki səhifəsində yazıb.
Deputatın mətbuat xidməti isə audioyazının saxta olduğunu bildirib/anspress/.


Şərhlər