Menu

“Səhnədə mismar da ola bilər, yəqin ilişib cırılıb” – Xalq artisti qınadı

07.05.2016, 15:22
“Səhnədə mismar da ola bilər, yəqin ilişib cırılıb” – Xalq artisti qınadı

“Müğənni səhnədə oxuyarkən onun paltarının çırılması çox normal haldır”.

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev mayın 7-də Azərbaycan təmsilçisi Səmra Rəhimlinin “Eurovision” səhnəsində paltarının çırılmasına münasibət bildirərkən deyib. Onun fikrincə, müğənni səhnədə bütün hallarla qarşılaşa bilər: “Səhnədə mismar da ola bilər, müğənni oxuyanda paltarı cırıla da bilər. Canlı ifadır. 50 ildir səhnədəyəm. O qədər hadisələr olub ki, dilə gətiriləsi deyil. Səmranın paltarı da görünür nəyəsə ilişib cırılıb. Biz onun paltarının cırılmasına deyil, finala kimi gəlib çıxmasına baxmalıyıq”.

M.Tağıyev Səmranın ifasından da danışıb: “Hər dəfə birinci yer və qalibiyyət istəyirik. Mən gözləmirəm bir, yaxud da ikinci olsun. Əsas odur ki, Azərbaycan o müsabiqədə təmsil olunur. Bu, kifayətdir. Almaniya, Fransa kimi ölkələr həmin müsabiqədə 25-ci yerdə olur. Biz isə birinci yer istəyirik, bu, normal yanaşma deyil”.

Xalq artisti Azərbaycanın həmin müsabiqə iştirakı ilə bağlı vacib bir məsələni qabardıb: “Mənim həmişə bir iradım olub, niyə bizim mahnımızı digər xalqın nümayəndəsi yazır? Özümüzün bəstəkarımız yoxdur məgər? Əsas bu məsələ həll olunmalıdır”.

Qeyd edək ki, Stokholmdakı “Globen Arena”da “Eurovision” iştirakçılarının məşqləri zamanı Azərbaycan təmsilçisi Səmra Rəhimlinin paltarı cırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol
Evio.az - Bakıda kirayə evlər elanları