Menu

Davudoğlunun əli salamlaşmaqdan zədələndi – Foto

07.05.2016, 23:34
Davudoğlunun əli salamlaşmaqdan zədələndi – Foto

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bosniya Hersoqovinanın Banya Luka şəhərinə səfər edib.

Axar.az xəbər verir ki, baş nazir burada Fərhadiyyə məscidinin açılışında iştirak edib.

Mərasimdə diqqət çəkən məqam Davudoğlunun əlindəki sarğı olub. Baş nazirə yaxın mənbələrdən verilən məlumata görə, Davudoğlu Konya şəhərində olarkən xeyli vətəndaşla salamlaşıb və əli yüngül zədələnib.

Bu səbəbdən həkimlər onun əlinə sarğı qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol