Menu

“Keçmiş düşmənlərlə münasibətlər normallaşdırılacaq” - Kim Çen In

08.05.2016, 10:28
“Keçmiş düşmənlərlə münasibətlər normallaşdırılacaq” - Kim Çen In

Şimali Koreya lideri bəyan edib ki, Pxenyan ölkəyə qarşı əvvəllər düşmən siyasəti aparan dövlətlərlə münasibətlərini normallaşdıracaq.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

“KXDR Əmək Partiyası və hökumət ölkənin suverenliyinə hörmət edən və ona səmimi yanaşan dövlətlərlə münasibətlərini yaxşılaşdıracaq və normallaşdıracaq. Pxenyan ölkəyə qarşı əvvəllər hətta düşmən siyasəti aparmış dövlətlərlə də münasibətlərini normallaşdıracaq”, - deyə Kim Çen In vurğulayıb.

Bundan əvvəl Kim Çen In Pxenyanın nüvə silahının yayılmamasına dair öhdəliklərinə əməl edəcəyini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol