Yerli sakinlər icra başçısının bu haqda dediklərini təkzib edir
“Köçmək üçün müraciət edən ”Sovetski" sakinlərindən 110 nəfər artıq pulunu alıb". Bunu APA-ya açıqlamasında Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Ibrahim Mehdiyev deyib. Onun sözlərinə görə, indiyədək pulları ödənilmiş sakinlərdən 20-nin evi sökülüb, 15 evin də bir neçə günə sökülməsi nəzərdə tutulub:
“Bir aydan sonra, pulları ödənilmiş digər sakinlər də özlərinə ev tapdıqdan sonra onların da evlərini sökəcəyik. Artıq ”Sovetski" məhəlləsindəki camaat Yasamal Rayon Icra Hakimiyyətinə axışır ki, pulumuzu verin, köçürük. Hər gün ən azı 25-30 nəfər müraciət edir. Ümumiyyətlə, hazırda 150 nəfər növbədə dayanıb. Bu gün komissiya onların da müraciətlərinə baxacaq və sənədlər banka təqdim olunacaq ki, onların da pulları verilsin. Işimiz yaxşı gedir, camaat da razılıq edir".
I.Mehdiyev evlərinin sahəsi az olan “Sovetski” sakinləri ilə bağlı məsələnin hazırda Nazirlər Kabinetində müzakirə olunduğunu qeyd edib.
“Azadlıq”a danışan “Sovetski” sakini, Süleyman Rəhimov küçəsi, dalan 1-də yaşayan Fuad Dərgahov isə yuxarıda qeyd olunan fikirlərin həqiqətə uyğun olmadığını bildirir. Onun sözlərinə görə, çox az adam hökumətin təklif etdiyi kompensasiyanın məbləğilə razılaşıb: “Bu da o adamlardır ki, mənzillərinin sahəsi böyükdür. Kimin evinin ahəsi 100-150 kavdart metrdirsə, ona 1500 manat sərf edir. Çünki ona veriləcək məbləğ 150-200 min manatdır. Məsələn, mənim evimin sahəsi 16 kavdart metrdir. 1500 manatdan kompensasiya verilsə, cəmi 24 min manat edir. Bu pula heç yerdən ev ala bilmərəm. ”Sovetski"də mənim kimi yüzlərlə ailənin mənzilinin sahəsi 20-30 kvadratdır. Ona görə də deyilənlər inandırıcı deyil".


Şərhlər