Menu

“Gürcüstan Avropa İttifaqının üzvü olacaq, mən buna əminəm” - Prezident

09.05.2016, 12:47
“Gürcüstan Avropa İttifaqının üzvü olacaq, mən buna əminəm” - Prezident

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tbilisidə Opera və Balet Teatrında Avropa Gününə həsr olunmuş tədbirdə Gürcüstanın “Avropa ailəsi” istiqamətində addımladığını bildirib.

APA-nın məlumatına görə, G. Marqvelaşvilinin çıxışı rəsmi saytında yerləşdirilib.

G. Marqvelaşvili deyib ki, Gürcüstan 25 il əvvəl azad olmaq üçün müstəqillik qazanıb, hələ də bu istiqamətdə addımlayır: “Bizim dəyərlərimiz və Avropa cəmiyyətinin dəyərləri eynidir. Cəmiyyət və ölkənin siyasi rəhbərliyi “Avropa ailəsi” istiqamətində dəqiq və qətiyyətli addımlar atır. “Gürcüstan Avropa İttifaqının üzvü olacaq, mən buna əminəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol