Menu

"Avropa İttifaqından ayrılmağımız Avropada müharibə riskini artırar" - Baş nazir

09.05.2016, 14:28

kameronDevid Kemeron: Çıxsaq, o zaman bu, açıq-aşkar qaranlığa tullanmağımıza oxşayacaq

Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması Avropada uzunmüddətli müharibə riskinin artmasına səbəb olar.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, bunu Böyük Brintaniyanın baş naziri Devid Kemeron mayın 9-da Londondakı çıxışında bildirib.

Onun sözlərinə görə, on illərboyu biri-birinin "xirtdəyindən yapışıb, boğanları" Avropa İttifaqı birləşdirib: "Dünyada sülh və sabitliyə heç bir təminat yoxdur. Britaniyanın birlikdən ayırlıması bölgədə sülh və sabitliyin təhdid olunması ilə nəticələnər".

Baş nazir krallığın Avropa İttifaqından ayırlmasını istəyənlərin mühakiməsini "məntiqsiz və məsuliyyətsiz" adlandırıb: "İttifaqda qalsaq, bizi nə gözləyəcəyini bilirik. Çıxsaq, o zaman bu, açıq-aşkar qaranlığa tullanmağımıza oxşayacaq".

D.Kemeron vurğulayıb ki, Aİ-dən ayırılmaq ilk növbədə, ölkənin adi vətəndaşlarının fəaliyyətinə mənfi təsir göstərəcək: "Varlıların və iri iş adamlarının fəaliyyəti normal olacaq. Ancaq ümumi bazarı tərk etsək, o zaman adi insanlar iş yerlərini itirəcək, qazancları təhlükə altında qalacaq".

Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması haqda referenfum iyunun 23-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol